Sənət xilaskardır!

Dünyaca məşhur italiyalı müğənni Toto Kutunyo - vəfat edib - VİDEO


  • Media
  • 21:00 22.08.2023
  • Oxunma sayı: 130
Dünyaca məşhur italiyalı müğənni Toto Kutunyo   - vəfat edib - VİDEO

Dünyaca məşhur italiyalı müğənni Toto Kutunyo vəfat edib.

 80 yaşında Milanın San-Raffaele xəstəxanasında dünyasını dəyişən müğənninin meneceri Danilo Mankuzo açıqlamasında bildirib ki, uzun sürən xəstəliklər nəticəsində Toto Kutunyonun səhhəti kəskin pisləşibmiş.

Xatırladaq ki, Toto Kutunyo 1943-cü ildə Toskanada anadan olub. Adreano Çelentano, Co Dasen, Dalida kimi müğənnilərlə əməkdaşlıq edib. 1990-cı ildə Zaqrebdə keçirilən Avroviziya yarışmasının qalibi olub. Onu məşhurlaşdıran əsas mahnısı “L’italiano” olub.

2009-cu ildə müğənnidə xərçəng xəstəliyi aşkarlanıb, uzun sürən müalicələrdən sonra sağalıb.

2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da konsert verən Toto Kutunyo Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i Azərbaycan dilində ifa etmişdi.


Media