Sənət xilaskardır!

Yaradıcılıq Fakültəsinə qəbul elan edildi


  • Media
  • 14:00 21.08.2023
  • Oxunma sayı: 124
Yaradıcılıq Fakültəsinə qəbul elan edildi

Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan “Yaradıcılıq fakültəsi”nə qəbulla bağlı müsabiqə elan edilir.

Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan, qısa müddətdə ədəbi ictimaiyyətdə böyük rezonans doğuran, geniş ədəbi proseslərə yol açan “Yaradıcılıq fakültəsi” 2023-2024 tədris ilində tələbələrə Xarici dil (ingilis, rus), Mifologiya tarixi, Fəlsəfə, Dünya ədəbiyyatı, Müasir ədəbi proseslər, Mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil edəcək, eyni zamanda, yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, Ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər həyata keçirəcək.

Dərslər həftədə 3 gün olmaqla 2 akademik saat təşkil edir.

“Yaradıcılıq fakültəsi”nə qəbul iki mərhələli olacaq. Birinci mərhələdə təqdim edilən yaradıcılıq nümunələrinin qiymətləndirilməsi, ikinci mərhələdə isə seçilən nümunələrin müəllifləri ilə müsahibə şəklində olacaq.

Fakültəyə qəbulla bağlı tələb olunan ilkin sənədlər aşağıdakılardır:

  • Avtobioqrafiya;
  • Yaradıcılıq nümunəsi (şeir, yaxud hekayə, esse)

Tələb olunan sənədlər elektron formada 2023-ci il sentyabrın 20-dək bu ünvana göndərilməlidir: [email protected]

Qeyd edək ki, təhsil müddəti 2 ildir və ödənişlidir.

Fakültəni bitirən məzunlara Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun ortaq diplomu veriləcək.


Media