Sənət xilaskardır!

Bred Pitt və Ancelina Coli 7 illik məhkəmə çəkişməsindən sonra - nəhayət, boşanıblar


  • Media
  • 09:30 21.08.2023
  • Oxunma sayı: 143
Bred Pitt və Ancelina Coli 7 illik məhkəmə çəkişməsindən sonra   - nəhayət, boşanıblar

Hollivud ulduzları Bred Pitt və Ancelina Coli 7 illik məhkəmə çəkişməsindən sonra boşanıblar. Bu barədə “InTouch Weekly” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, keçmiş sevgililər çətinliklə olsa da, razılığa gəlib hər ikisini narahat edən məsələləri həll edə biliblər.

"Mister və missis Smit" filminin çəkilişləri zamanı tanış olan  Ancelina Coli və Bred Pitt 2006-cı ildə münasibətlərini elan ediblər. Səkkiz il sonra evlənən cütlüyün 3 övladlığa götürülmüş və 3 doğma övladı var.

Ancelina Coli ilk dəfə 2016-cı ildə ərinin onu və uşaqları şiddətə məruz qoymasını səbəb gətirərək boşanma ilə bağlı məhkəməyə müraciət etmişdir.

Ötən 7 il ərzində qarşılıqlı ittihamlar artsa da, boşanma şərtləri tərəfləri razı salmadığndan proses yubanırdı. Nəhayət, məhkəmə çəkişmələrinin onlara baha başa gəldiyinə qərar verərək qarşılıqlı razılaşma əsasında boşandılar.

Məhkəmənin qərarına əsasən, 18 yaşa kimi 3 uşaq Ancelinanın himayəsində qalsa da, Bred onlarla görüşmək hüququna malik olacaq.


Media