Sənət xilaskardır!

“Dil ve Edebiyat” dərgisinin avqust sayı nəşr olunub - Anons


  • Media
  • 21:00 16.08.2023
  • Oxunma sayı: 265
“Dil ve Edebiyat” dərgisinin avqust sayı nəşr olunub  - Anons

Türkiyə “Dil ve Edebiyat Derneği”nin aylıq “Dil ve Edebiyat” dərgisinin 176-cı - avqust sayı nəşr olunub.

Dərgidə Murat Ertaş, Zafer Acar, İlhan Kurt, Nurettin Durman və digərlərinin şeirləri, müxtəlif mövzularda esselər və hekayələr yer alıb.

“Dil ve Edebiyat” dərgisinin avqust sayında həmçinin iki həmyerlimizin hekayəsinə yer verilib. Yazıçı Vahid Məmmədlinin “Adem’in Sözlüğü” və Nargis İsmayılovanın “Muşmula Ağacı” hekayəsi oxuculara təqdim olunub.

Dərginin avqust sayını oxumaq üçün keçid: https://tded.org.tr/tr/dergi-pdf/dil-ve-edebiyat-176-sayi 

Qeyd edək ki, “Dil ve Edebiyat” aylıq dərgidir və növbəti sayı Ortaq türk dilinə həsr edilmiş xüsusi buraxılış olacaq.


Media