Sənət xilaskardır!

Uşaqlar üçün yeni nağıl kitabı - nəşr olunub


  • Media
  • 11:30 15.08.2023
  • Oxunma sayı: 171
Uşaqlar üçün yeni nağıl kitabı   - nəşr olunub

Tanınmış uşaq yazarı Vüqar Haqverdiyevin “Qıvrımsaçın hoqqaları” adlanan yeni nağıl kitabı çapdan çıxıb.  Nəşrin redaktoru yazıçı və tərcüməçi Əyyub Qiyas, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, rəssamı isə müəllif özüdür.

Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulan sözügedən kitab “Tutuquşu Cimi”, “Uçan mələfə”, “Bağça uşaqları zooparka gedir”, “Qızıl ilan” əməliyyatı” və “Uşaqlar sirkdə” adlı bir-birindən maraqlı beş hissədən ibarətdir. Əsər uşaq bağçasına gedən beş yaşlı dəcəl bir oğlanın başına gələn qeyri-adi sərgüzəştlərdən və əyləncəli hadisələrdən bəhs edir. Müəllifin süjetlərə uyğun çəkdiyi rəngarəng və cəlbedici illüstrasiyalar uşaqlara əsərdəki obrazları və baş verən hadisələri daha aydın təsəvvür etməyə köməklik edir.  

Qeyd edək ki, Vüqar Haqverdiyev ümumilikdə otuza yaxın rəngli nağıl kitabının, uşaq pyesinin, eləcə də bədii və cizgi film ssenarisinin müəllifidir.


Media