Sənət xilaskardır!

"YUĞ" teatrı Gürcüstanda - mükafat alıb


  • Media
  • 09:15 24.06.2023
  • Oxunma sayı: 76
"YUĞ" teatrı Gürcüstanda  - mükafat alıb

Azərbaycan Dövlət Yuğ Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan “Teatral İmereti” festivalında çıxış edib.

Teatrdan bildirilib ki, ənənəvi festivala 20-dən çox ölkə qatılıb. “Yuğ” teatrı V.Şekspirin “III Riçard” əsəri əsasında bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluş verdiyi “Lənət” tamaşasını nümayiş etdirib. Səhnə əsəri beynəlxalq festivalın ən orijinal tamaşası seçilib və mükafat qazanıb.

Tamaşada rolları Əməkdar artist Qasım Nağı, aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva və Zümrüd Qasımova ifa ediblər.

 

medeniyyet.az


Media