Sənət xilaskardır!

Türk rəsm sənəti tarixində ən yüksək qiymətə satılan - "Tısbağa tərbiyəçisi" - VİDEO


  • Media
  • 10:00 16.08.2023
  • Oxunma sayı: 433
Türk rəsm sənəti tarixində ən yüksək qiymətə satılan  - "Tısbağa tərbiyəçisi" - VİDEO

*“Tısbağa tərbiyəçisi” (türk. Kaplumbağa Terbiyecisi) — Osman Hamdi Beyin 1 may 1906-cı ildə Parisdə Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün çəkdiyi rəsm əsəri. Bu əsər 2004-cü ildə türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılmışdır. Əsəri Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün satın almışlar.

*Parisin Böyük Sarayında ilk dəfə sərgiyə çıxarılan bu əsər öncə "Tısbağalar və adam" adlandırılmışdır. Rəsm üzərində yazılmış “1906-cı il” yazısı deməyə imkan verir ki, əsər ilin əvvəllərində çəkilmişdir. Bir il sonra Osman Hamdi Bəy nisbətən kiçik və bəzi fərqlər olmaqla ikinci bir əsəri də çəkmişdir. İkinci əsərdə rəssamın qohumu olan "Salih Münir Paşaya itihaf olunur" yazısı var.

*Əsərin çəkilməsi ilə bağlı iki əsas fikir mövcuddur:

1. Bu əsərin çəkilməsindən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olanda babasına yazdığı məktubda təsadüfən əlinə keçən “Tour de Monde” jurnalının bir nüxsəsini maraqla oxuduğunu qeyd edir. Jurnalda isveçrəli diplomat Aime Humbert Yaponiya təəssüratlarından və əslən koreyalı olan tısbağa tərbiyəçisindən söz açır. Yazıda tərbiyəçinin tısbağaları müsiqi çalmaqla bir sırada hərəkət etdirməsi və kiçik masa üzərində üst-üstə toplaması təsvir olunur. Yazıya həm də bu mənzərəni əks etdirən qravür da əlavə olunubmuş. Ola bilsin ki, məhz bu məqalə və şəkil Osman bəyin öz əsərini yaratmağa ilhamlandırmışdır.

2. İkinci ehtimal budur ki, Lalə dövrü zamanı, hava qaralan zaman üzərinə şam qoyularaq sərbəst buraxılan tısbağalar ola bilsin bu rəsim üçün qaynaq olmuşdur. Həmin dövürdə məhz bu tısbağalara özəl xidmət lazım idi və Osman Bəy bu kimi bir çox məsuliyyətli işləri öz uzərinə götürmüşdü.

Əsərdə yerdə yarpaq yeyən tısbağaları seyr edən adam təsvir olunub. Adamın olduğu yer Bursa Yaşıl Caminin üst qatındakı otaqdır. Bu, pəncərə üzərindəki naxışlardan və yazıdan məlum olur. Rəsmdə qırmızı kaftan geyinmiş, əlində ney olan saqqallı adam təsvir olunub. Adamın belində kiçik təbil görünür. Bu musiqi alətindən istifadə edərək tısbağaları tərbiyə etmək istəyi əsərdən aydın olsa da, adamın yorğunluğu və düşüncəli duruşu da diqqət çəkir. Ümumən neyi tutma tərzindən aydın olur ki, adam artıq bu fikrindən sanki imtina edir.

*Əsərin mahiyyəti.

Osman Hamdi Bəy ilk türk arxeoloqu, Sidon sarkofaqını tapıb İstanbula gətirən şəxsdir. O həm də İstanbul arxeoloji muzeyinin qurucusu və ilk muzey rəhbəri idi. Osman bəy Gözəl Sənətlər Akademiyasının qurucusudur. O bütün bunları sənətə qiymət verilməyən, əksinə qarşısında maneələr yaradılan bir zamanda etmişdir. Həmişə gördüyü işlər bürokratlar tərəfindən əngəllənmiş və cəmiyyətdən heç bir dəstək görməmişdir. Tablodakı tısbağalar müasirləşməyə qarşı olan toplum, tərbiyəçi isə Osman bəy idi.


Media