Sənət xilaskardır!

"Mən şəri görmürəmsə... deməli, müdafiə olunmuşam" - Üç meymun


  • Media
  • 19:40 22.06.2023
  • Oxunma sayı: 428
"Mən şəri görmürəmsə... deməli, müdafiə olunmuşam"  - Üç meymun

Tarixçilər hesab edirlər ki, təxminən 500 yaşı olan üç meymun simvolu Asiyada buddist rahibləri tərəfindən yayılıb.

Buddizm simvollarını əks etdirən bu üç meymun təsvirinin mənası belədir: "Əgər mən şəri görmürəmsə, haqqında eşitmirəm və danışmıramsa, deməli, ondan müdafiə olunmuşam."

Şər haqqında ideya - «görməzlik» (見ざる mi-dzaru), «eşitməzlik» (聞かざる kika-dzaru) və «danışmazlıq» (言わざる iva-dzaru).

Təsvir Yaponiyanın məşhur sintoizm məbədi üzərindəki dünyaca məşhur incəsənət əsəridir. Təsvir edilən 3 müdrik meymun, əslində, Yaponiyada istifadə edilən məşhur atalar sözlərindən birini ifadə edir. Buddizm simvollarını əks etdirən üç meymunun təsviri Yaponiyada məşhur Tōshō-gū məbədinin qapısı üzərində 17-ci əsrdən qalma bir oymadır. Tōshō-gū məbədi üzərindəki oymalar fransalı illüstrasiya ustası Hidari Jingoro tərəfindən həkk olunub. Burada insan ömrünü təsvir etmək üçün meymundan istifadə olunmasını Konfutsinin "Davranış Kodu" ilə əlaqəli olduğu güman olunur.

Görməzlik, eşitməzlik və danışmazlıq - Yaponların "Şər" haqqında ideyasıdır. Meymunlar məşhur yapon makakalarıdır. Təsvir olunan meymunların özlərinin adları belə var: qulaqlarını bağlayan Kikadzarunu, ağzını bağlayan İvadzaru, gözlərini bağlayan isə Midzaru kimi bilinir.

 


Media