Sənət xilaskardır!

Vahid Məmmədlinin yeni romanı çap olunub - Yeni nəşrlər


  • Media
  • 22:56 24.05.2023
  • Oxunma sayı: 94
Vahid Məmmədlinin yeni romanı çap olunub  - Yeni nəşrlər

 

Yazıçı Vahid Məmmədlinin “Leyli və Məcnun” adlı yeni romanı çap olunub.    

Literart.az xəbər verir ki, 170 səhifədən ibarət “Leyli və Məcnun” romanı “Qanun” nəşriyyatında işıq üzü görüb.

Azərbaycan ədəbiyyatında Nizami və Füzulinin poemalarından sonra ilk dəfə Leyli və Məcnun əfsanəsinin motivləri əsasında yazılmış romanda müəllif klassiklərimizin varisi kimi çıxış edərək sufi dünyagörüşlə dialoqa girir. Bütün kainatı qapsayan ilahi eşqin bəxş etdiyi azadlıq və səadət, insanın aliliyi, Yaradan və yaradılanın birliyi ideyaları romanda modern ifadəsini tapır.

Qeyd edək ki, hüquq elmləri üzrə fəlsəfə doktoru Vahid Məmmədlinin bundan öncə Azərbaycan ədəbiyyatında ilk fentezi olan “Atropatena dastanı” trilogiyası, dünya ədəbiyyatında ilk qansız döyüş romanı – “Tunc allahın yükü” dilogiyası, “Şəhrizad”, “Palıda sarılmış üzüm” romanları; “Milanda ölüm”, “Buddanın qayıdışı” povestləri; “Döy qapımı açmayım” şeirlər kitabı və s. Azərbaycan, türk, rus və digər dünya dillərində geniş oxucu auditoriyasına təqdim edilib.


Media