Sənət xilaskardır!

ABBA qrupu “Eurovision 2024”də iştirakdan imtina edib


  • Media
  • 19:45 25.05.2023
  • Oxunma sayı: 210
ABBA qrupu “Eurovision 2024”də iştirakdan imtina edib

“The Guardian” nəşrinin xəbər verdiyinə görə, İsveçin ABBA pop-qrupu müsabiqədə qalib gəlməsinin 50 illik yubileyinə baxmayaraq, “Eurovision 2024”də çıxış etməkdən imtina edib. 

Benni Andersson “Eurovision”da iştirak etmək istəmədiyini bildirib. Onun sözlərinə görə, ABBA-nın iştirakçılarından heç olmasa biri iştirak etmək istəmirsə, deməli, kollektiv bunu etməyəcək: “Mən istəmirəm. ...Birimiz “yox” deyiriksə, bu hamımıza aiddir”.

Kollektivin digər iştirakçısı Byörn Ulveus da Anderssonun sözlərinə dəstək verib: “Biz ABBA-nın qələbəsinin 50 illiyini səhnəyə çıxmadan qeyd edə bilərik." 

Qeyd edək ki,  “Eurovision” müsabiqəsindəki 1974-cü il qələbəsindən sonra qrupun məşhurluğu daha da artmışdı.


Media