Sənət xilaskardır!

"Dublin" ədəbiyyat mükafatının qalibi müəyyənləşib


  • Media
  • 17:55 25.05.2023
  • Oxunma sayı: 37
"Dublin" ədəbiyyat mükafatının qalibi müəyyənləşib

Nüfuzlu ədəbiyyat mükafatlarından olan “Dublin” mükafatının sahibi müəyyənləşib. Mükafat alman müəllif Katya Oskampa verilib.

Onun “Marzahn, mon amour” adlı əsəri qısa siyahıda ən yaxşı olaraq qiymətləndirilib. Əsərin ingilis dilinə tərcüməçisi Jo Heinrichdir.

Qeyd edək ki, "Dublin" ədəbiyyat mükafatının mükafat fondu 100 min avro təşkil edir, əsər ingilis dilinə tərcümə edilibsə, tərcüməçiyə mükafatın 25 faizi təqdim edilir.

Xatırladaq ki, mükafatın bir müddət öncə açıqlanan qısa siyahısında Entoni Doerin “Buluddan quşlar diyarı”, Kim Thuyun “Em”, İvana Saykonun “Sevgi əhvalatı”, Fernando Melçorun “Cənnət”, Persival Everettin “Ağaclar” romanları yer alırdı.

apa.az


Media