Sənət xilaskardır!

“M.Teatr”da yeni tamaşanın premyerası olub


  • Media
  • 13:59 25.05.2023
  • Oxunma sayı: 62
“M.Teatr”da yeni tamaşanın premyerası olub

Müstəqil “M.Teatr”da (“Mənim teatrım”) tanınmış fransız dramaturqu, aktrisa Jasmina Rezanın “Art” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Yeni tamaşanın quruluşçu rejissoru Ərturan Nəcəfi Göl, rəssamı Sevinc Məmmədovadır. Komediya janrında qurulan tamaşada rolları Vüqar Hacıyev, Şamil İbrahimov və Ərturan Nəcəfi Göl ifa ediblər.

Əsər klassik düşüncə ilə modernizm arasındakı zidiyyətlərdən, eləcə də dostların biri-birinə  münasibətindən bəhs edir.

Aktyorların məharətli çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.


Media