Sənət xilaskardır!

Milyonlarla dollara satılan tablolar - Ən bahalı rəsm əsərləri seriyasından


  • Media
  • 11:00 23.08.2023
  • Oxunma sayı: 153
Milyonlarla dollara satılan tablolar  - Ən bahalı rəsm əsərləri seriyasından

 

Leonardo da Vinçi - “Salvador Mundi”

Dahi italyan rəssam Leonardo da Vinçinin "Salvador Mundi" (“Dünyanın xilaskarı”) əsəri 1506-1513-cü illərdə Fransa kralı XII Lüdovikin sifarişi ilə çəkilib.

Rəsm əsəri XIX əsrin ikinci yarısında itib. 2005-ci ildə yenidən tapılan əsərin uzun müddət Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, bərpadan sonra mütəxəssislər onun dahi rəssamın özü tərəfindən çəkildiyi qənaətinə gəliblər.

 “Salvador Mundi” 2017-ci ilin noyabrında “Kristis” auksionunda rekord qiymətə - 450 milyon dollara Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmana satılıb.

 Əsər hazırda “Luvr Abu-Dabi” muzeyində sərgilənir.

 

Pol Sezan – “Kart oynayanlar”

Təsviri sənətdə postimpressionizm cərəyanının yaradıcısı Pol Sezan 1890–1895-ci illərdə “Kart oynayanlar” silsiləsindən 5 rəsm əsəri yaradıb. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir. Yalnız bir əsər şəxsi kolleksiyadadır.  Rəsmin əvvəlki sahibi yunan milyardçısı Georgi Embirikos olub. O, əsəri ölümündən öncə (2011) hərraca çıxarıb. Rəssamın 1895-ci ildə çəkdiyi bu tablonu Qətər dövləti 250 milyon dollara alıb.

 

Pablo Pikasso – “Əlcəzairli qadınlar”

Pablo Pikassonun "kubizm" üslubunda işlədiyi “Əlcəzairli qadınlar” tablosu 1955-ci ildə çəkilib. 15 rəsmdən ibarət “Əlcəzairli qadınlar” silsiləsini təmsil edən “Version O” tablosunu Qətər kral ailəsi 2015-ci ildə 179 milyon dollara alıb.


Media