Sənət xilaskardır!

16 yaşında ailə quran, 32 yaşında evində ölü tapılan dünya ulduzu - Fotolar

1 iyun – Merilin Monronun doğum günüdür. Bununla əlaqədar olaraq literart.az saytı aktrisa haqqında maraqlı faktları təqdim edir.


16 yaşında ailə quran, 32 yaşında evində ölü tapılan dünya ulduzu   - Fotolar

*XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biri, amerikalı kinoaktrisa, müğənni və model Merilin Monro 1926-cı ilin bu günündə doğulub. Aktrisa 1999-cu ildə Amerika Kino İnstitutunun bütün zamanların ən böyük qadın kino ulduzları siyahısında altıncı sıraya layiq görülüb.

* Monronun şəxsiyyət vəsiqəsindəki adı Norma Cin Beyker olub.

* İlk dəfə 16 yaşında 21 yaşlı qonşusu Ceyms Doqteri ilə ailə qurub.

*Merilin ölümündən sonra şöhrəti getdikcə artan, bütün zamanların ən önəmli mədəniyyət fiquru və ikonası olmuş, digər məşhurlar tərəfindən təqlid edilmişdir.

* Monro 32 yaşında Brentvuddakı evində ölü tapılıb. Merilinin ölüm səbəbi rəsmi olaraq yüksək dozada yuxu həblərindən qaynaqlana biləcək intihar kimi qeyd olunsa da, sui-qəsd ehtimalı da istisna olunmur. Yoldaşları onun öldürüldüyünü hesab edib. Potensial şübhəlilər arasında isə C.F.Kennedi, mafiya Sam Qiansana, FBI və CIA göstərilirdi.

*Merilin Monro oynadığı filmlərdə həmkarlarına nisbətən aşağı əmək haqqı alırdı. Ceyn Rassel ilə birlikdə baş rollarını paylaşdıqları "Kişilər sarışın sevər" filmində Merilin Rasseldən 10 qat aşağı əmək haqqı almışdı. Buna baxmayaraq, vəfat edəndə milyon dollarlıq bir film ulduzu idi.

*Monro filmdə sözləri əzbərləməyə çətinlik çəkirdi. "Bəziləri isti sevir" filminin çəkilişləri zamanı "Bu mənəm, Şəkər" cümləsini düz 60 dəfə təkrar etmək məcburiyyətində qalmışdı.

*1953-ci ildə "Pleyboy" jurnalının ilk nömrəsi çap olunanda qapaq şəkli Merilin Monronun  fotosu olmuşdu. Maraqlısı budur ki, aktrisa heç jurnal üçün poza verməmişdi. Fotonu 1949-cu ilin erotik təqvimindəön götürmüşdülər.

*Merilinin məzarının yaxın ətrafındakı məzarlar bir neçə dəfə auksiona çıxarılıb.

Qəbrinin Merilin Monronun qəbri yanında olmasını istəyən Haq Hefner  1992-ci ildə gələcək məzarını 50.000 avroya satın alıb.

* Merilin Artur Miller və Albert Eynşteyni ən yaraşıqlı kişilər hesab edirdi.

*1972-ci ildə Merilin Monronun evini satın alan Veronika Hamel evdə telefon dinləmə cihazı olduğunu iddia edib.


Mədəniyyət