Sənət xilaskardır!

Bilirsənmi, əzizim, haqsızlıqdan qaçıram... - Şeirlər. Bəhram Bilaloğlu


Bilirsənmi, əzizim, haqsızlıqdan qaçıram...  - Şeirlər. Bəhram Bilaloğlu

Ayağının izində-

Lalə,bənövşə bitir.

Hardasan,ey şəhidim-

Güllərdə izin itir. 

 

Gül solur,sən əbədi-

Yaşayırsan dilimdə.

Vətən adın saxlayır-

Daşıyırsan elimdə.

 

Darıxanda, xatirən-

Canlanır göz önündə.

Ölməzlik zirvəsisən-

Durmusan ta yönündə.

 

Şahidiyəm dinləyin-

Haqq uğrunda gələndir.

İlahi qanunların-

Qoruyan o mələkdir.

 

*****

 

Bilirsənmi əzizim-

Yalnızlığın dadını.

Ömür sürdüm, yaşadım-

Tanıdım,dost,yadını. 

 

Can deyənlər can aldı-

İsitmədi bir ürək.

Ağır-ağır dərdlərə-

Çarəsiz qaldı kürək. 

 

Bilməzdim tənha olan-

Sığmaz daha ruhuna.

Cismə vəfa qılanım-

Çatdır öz dərgahına. 

 

Bilirsənmi əzizim-

Haqsızlıqdan qaçıram.

İmanı,təqvanı da-

Cığır kimi açıram.


Mədəniyyət