Sənət xilaskardır!

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalın mükafatına layiq görülüb


Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalın mükafatına layiq görülüb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasında keçirilən beynəlxalq festivaldan geri dönüb. Teatr Birinci Beynəlxalq Avrasiya Teatr Festivalında İsveç dramaturqu Lars Norenin “Müharibə" pyesi əsasında hazırlanmış "Mən gəldim qızlar" tamaşası ilə çıxış edib və festivalın xüsusi mükafatına layiq görülüb.

Bu barədə teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.

“Əsərdə müharibədə gözləri kor olmuş, ancaq ümidini itirmədən ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın iki ildən sonra ailəsinin yanına qayıtmasından və gözlənilməz hadisələrlə qarşılaşmasından bəhs olunur. İkihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır. Səhnə əsərində əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Kəmalə Hüseynova, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Zümrüd Quliyeva ifa edirlər", - deyə teatrın mətbuat katibi qeyd edib.

azertag.az


Mədəniyyət