Sənət xilaskardır!

“Yuğ” Teatrında yeni tamaşa hazırlanır


“Yuğ” Teatrında yeni tamaşa hazırlanır

 

“Yuğ” Dövlət Teatrında “Asılqan” adlı yeni tamaşa hazırlanır. Hazırda teatrın yaradıcı heyətinin iştirakı ilə bu səhnə əsərinin məşqləri gedir.

Bu barədə sənət ocağının mətbuat xidmətinin əməkdaşı Suray Ömərova bildirib.

“Xalq yazıçı Anarın “Asılqanda işləyən qadının hekayəti” əsəri əsasında hazırlanan tamaşa həyatlarının hər bir dönəmində sınaqlarla üzləşən iki gəncin sevgi hekayəsindən bəhs edir. Səhnə əsərinin rejissoru Əbdülqəni Əliyev, rəssamı Əfşan Əsədova, rejissor assistenti Məryəm Qələndərlidir. Tamaşada rolları aktyorlar Elşən Əsgərov və Ləman Mərrih ifa edirlər. “Asılqan”ın premyerası iyun ayına nəzərdə tutulur”, - deyə S.Ömərova qeyd edib.

 

azertag.az


Mədəniyyət