Sənət xilaskardır!

Əli Kərim "İki sevgi" - Müəllifin öz səsindən dinlə - VİDEO


Əli Kərim "İki sevgi"  - Müəllifin öz səsindən dinlə - VİDEO

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mən səni sevirəm

Susuzluğun od vurub köz kimi yandırdığı

dodaq su sevən kimi.

O isə səni sevir

rahatca bardaş qurub,

– Kabab üstdən sərin su pis olmaz – deyən kimi

Gözəl qız, sən işıqsan,

Yurduma yaraşıqsan.

Mənsə səni sevirəm

iynənin ucu boyda

İşığa həsrət qalan göz işıq sevən kimi

O isə səni sevir

Bir şən mağarda, toyda,

İşıqlardan yaranmış yaraşıq sevən kimi.

Danış, ucalsın səsin,

Qısılmasın nəfəsin.

Mən ki səni sevirəm

Bakıdan, Daşkəsəndən

Gələn bir səda kimi,

Səs kimi,

Qüdrət kimi

O isə səni sevir,

Gizli deyil ki səndən,

Bir otaq küncündəki qəmli sükunət kimi.

Bu mən, bu o, bu da sən,

De görək nə deyirsən!

Amma yaxşı fikir ver bu iki məhəbbətə.

Daha heç nə demirəm

Nöqtə, nöqtə və nöqtə.


Mədəniyyət